Musiqilərin zənginliyi
Nənə və babalarımız 1955-ci ildə bir mahnı satın almaq üçün pul qazanmalı idi. Lakin bu gün biz 19 750 mahnıya sahibik.
Tomas Edison orijinal fonoqraf qeydini 1877-ci ildə ixtira etmişdir. İlk səsləndirilə bilənqeydlər iki qalayfolqa arasında sıxışdırılmış kağızdan əldə olunmuşdur.
15 mart 1949-cu ildə “RCA Victor” 5 dövr/dəqiqəlik vinil diskləri bazara çıxaran ilk şirkət oldu. Onlarməşhur 1978-ci ildəki disklərə nisbətənkiçik ölçüdə idi, daha az sayda musiqi saxlayırdı və müxtəlif rənglərdə çapolunmuşdu. “Rollong Stone” yazır: “Əllinciillərin gəncləri portativ və dahaucuz formata keçid etdilər; Həmindövrdə reklamda disklərin hərbirininqiyməti 65 sent idi. Rokun ən sərt ilk hitlərindən biri olan Bill Haley və Comets-in “Rock Round the Clock” albomu 1955-ci ildə 3 milyon sinql satdı”.
1955-ci ildə ixtisassız işçilər saatda təxminən 97 sent qazanırdılar. Belə ki, mahnının vaxtla dəyəri 40 dəqiqəlik işə bərabər idi.
“Apple” 28 aprel 2003-cü ildə “iTunes Store”-u yayımladı və mahnıları 99 sentə satdı. Həmin vaxta qədər ixtisassız işçilərin əmək haqqı saatda 9,25 dollara qədər yüksəlmişdi. Bir mahnının vaxt dəyəri 84% azalaraq 6,2 dəqiqəlik işə düşdü. 2003-cü ildə dinləyicilər 1955-ci ildəki bir mahnı qiymətinə altı mahnı satın alırdılar.
“Apple Music” 30 iyun 2015-ci ildə buraxıldı. Müasir dövrdə bir tələbə aylıq 5,99 dollara 90 milyon mahnıya çıxış əldə edə bilər. İxtisassız işçilər saatda təxminən 14,53 dollar qazanır, bu səbəbdən də vaxt qiyməti təxminən 25 dəqiqəlik işə bərabərdir. İstifadəçilər oflayn şəkildə dinləmək üçün albomları və trekləri cihaza endirməkdən əlavə, yayımlaya bilirlər. Standart bir mahnı üç-dörd dəqiqə davam edirsə, ayda 12 342 mahnı dinləyə bilərsiniz. Mahnı başına vaxt qiyməti saniyənin təxminən səkkizdə bir hissəsi qədərdir.
Nənə və babalarımız 1955-ci ildə bir mahnı satın almaq üçün pul qazanmalı idi. Lakin bu gün biz 19 750 mahnıya sahibik. 1955-ci ildən bəri şəxsi musiqi zənginliyi hər 4,5 ildən bir iki dəfə artaraq illik təxminən 15,9 faiz yüksəlmişdir.
Hazırda yararlandığımız bütün məhsullar insanların kəşf etdikləri və daha sonra azad bazarlarda başqaları ilə paylaşdıqları milyardlarla kiçik biliklərin nəticəsidir. Mahnı yaradın və onu dünya ilə paylaşın. Biz istədiyimizə nail ola və bir-birimiz üçün həyatı yaxşılaşdıra bilərik.
Hələ də problemlər yaşayırsınız? Əlbəttə ki, bəli. Biz hər zaman çətinliklərlə qarşılaşacağıq. Amma son 200 il ərzində nail olduqlarımza göz gəzdirin. Bu, insanlar bir-birinin problemlərini həll etməkdə sərbəst olduqda baş verir.
Bu iqtisadi faktlar və ideyalar haqqında daha ətraflı məlumatı Amazon-da mövcud olan “Superabundance” adlı kitabımızdan əldə edə bilərsiniz.
Bu məqalə Gale Pooley və Human Progress icazəsi ilə istifadə edilib və “Creative Commons Attribution 4.0 International License” ilə lisenziyalaşdırılıb. Məqalənin orijinalını burada tapmaq mümkündür.